Pedro Aqramunt: Avropada hələ də həll edilməmiş münaqişələr var

Pedro Aqramunt: Avropada hələ də həll edilməmiş münaqişələr varAvropada hələ də həll edilməmiş münaqişələr problemi mövcuddur. Trend-in məlumatına görə, bunu AŞ PA-nın yeni seçilmiş prezidenti Pedro Aqramunt Assambleyanın sessiyası çərçivəsində çıxışında deyib.

O, həll edilməmiş münaqişələri AŞ PA üçün çağırışlardan biri adlandırıb: “Dağlıq Qarabağ, Dnestryanı, Ukraynanın şərqində və Gürcüstandakı münaqişələr hələ də nizamlanmayıb”.

P.Aqramuntun sözlərinə görə, bu məsələ, eləcə də təhlükəsizliyin təmin edilməsi və miqrasiya böhranı yaxın vaxtlarda AŞ PA-nın gündəliyində əsas yer tutacaq.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO