
Milli Məclisdə Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2017-ci il üzrə illik hesabatının müzakirəyə çıxarılacağı tarix məlum olub.
“Report”un xəbərinə görə, hesabat parlamentin aprelin 3-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
İclasda hesabatı daxili işlər nazirinin birinci müavini, insan alverinə qarşı mübarizə üzrə milli koordinator Vilayət Eyvazovun təqdim edəcəyi gözlənilir.