Panama Milli Assambleyası Ermənistanla bağlı qətnamə qəbul etdi

Panama Milli Assambleyasında “Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsi”nə dair dörd saylı Qətnamə qəbul edilib. Trend-in məlumatına görə, bu barədə XİN-in mətbuat xidməti məlumat yayıb.

Sözügedən Qətnamə layihəsi Milli Assambleyanın plenar iclasında səsverməyə çıxarılmış və yekdilliklə qəbul edilib.

Qətnamədə Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və onun ətrafındakı yeddi rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi, bu hərbi münaqişə zamanı və ondan sonra Azərbaycan əhalisinin hüquqlarının kobud şəkildə pozulması, xüsusən də 1992-ci ildə azərbaycanlılara qarşı Xocalıda Ermənistan tərəfindən törədilmiş soyqırım qətiyyətlə pislənilib.

Qətnamədə, həmçinin BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnamələrinə əməl edilməsi üçün Ermənistan Respublikası hökumətinə çağırış ifadə edilib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO