Baş katib bu posta səsvermə keçirilmədən, ümumi razılaşma yolu ilə təyin olunub. 67 yaşlı koreyalı diplomat bu posta namizədliyini rəsmi olaraq iyunun 6-da irəli sürüb.
BMT Nizamnaməsinə əsasən, baş katib Təhlükəsizlik Şurasının tövsiyəsi ilə Baş Assambleya tərəfindən 5 il müddətinə təyin olunur. Pan Gi Munun ilk baş katib müddətinə dair səlahiyyətlər bu il dekabrın 31-də başa çatır.