Ötən il 11 097 nəfəri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  “Qəbul otağına” müraciət edib

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi və məsul şəxsləri  tərəfindən 11 751 nəfər vətəndaş  fərdi qaydada qəbul edilib. Həmin şəxslərdən 11 097 nəfəri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  “Qəbul otağına” müraciət edənlər olub.

Vətəndaşlardan 773 nəfəri (o cümlədən nazirlikdə 119 nəfər və “Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın şəhər və rayonlarında vətəndaşların qəbulu cədvəli”nə uyğun olaraq ölkəmizin rayon və şəhərlərində keçirilən qəbullar zamanı 654  nəfər) əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən qəbul edilib. Həmçinin 418 nəfər vətəndaş nazir müavinləri və aparat rəhbəri, qalan vətəndaşlar isə nazirliyin struktur bölmələrinin məsul şəxsləri tərəfindən qəbul edilərək müraciətləri dinlənilib. Müraciətlərin əksər hissəsində sosial təminat, pensiya və müavinət təyinatı, əmək qanunvericiliyi, tibbi-sosial ekspertiza və əlillərin reabilitasiyası, sosial sığorta və s. məsələlərə dair sorğular ifadə olunub. Belə müraciətlərlə əlaqədar vətəndaşlara aidiyyəti üzrə hüquqi izahatlar verilməklə, digər müraciətlərdə əksini tapan məsələlər araşdırılaraq qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb.

Son illərdə əmək və sosial müdafiə sahələri üzrə əhaliyə xidmət sektorlarında elektron sistemlərin tətbiqi nəticəsində məmur-vətəndaş təmaslarının minimuma endirilməsi və şəffaflığın təminatı nazirliyin “Qəbul otağı”na müraciət edənlərin sayının getdikcə azalmasına səbəb olub. Bu tendensiyanın davamı kimi, 2017-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Qəbul otağına müraciət edənlərin sayında (11 097 nəfər) əvvəlki illə (39 347 nəfər) müqayisədə 3,5 dəfə azalma qeydə alınıb.

APA

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO