Bu ilin yanvar ayında Azərbaycanda 65 qida zəhərlənməsi hadisəsi baş verib.
Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Trend-ə verilən məlumata görə, bu hadisələr nəticəsində 67 nəfər qidadan zəhərlənib.
Hadisələrdən 5-i botulizm olub, nəticədə 8 nəfər zəhərlənib.
Qeyd edək ki, ötən il Azərbaycanda 1278 qida zəhərlənməsi hadisəsi baş verib. Bu hadisələr nəticəsində 1525 nəfər qidadan zəhərlənib. Azərbaycanda 2012-ci illə müqayisədə ötən il baş verən qida zəhərlənmələrinin və ondan zərər çəkənlərin sayı artıb. 2012-ci ildə isə Azərbaycanda 1193 qida zəhərlənməsi baş verib. Bu hadisələr nəticəsində 1466 nəfər zəhərlənib.