Oqtay Əsədovun rəhbərlik etdiyi Azərbaycan parlamentinin nümayəndə heyəti sentyabrın 20-21-də Strasburqda keçiriləcək Avropa Şurasına üzv ölkələrin parlament rəhbərlərinin konfransında iştirak edəcək. APA-nın konfransın saytına istinadən yaydığına məlumata görə, tədbirdə əsas müzakirə mövzusu Avropa İnsan haqları Məhkəməsinin gələcəyi, milli parlamentlərin aktual problemləri, “Ərəb baharı” və digər məsələlər olacaq. Konfransda AŞPA prezidenti Jan-Klod Minyon və AŞ baş katibi Tyornbyorn Yaqland giriş nitqi söyləyəcək. Qeyd edək ki, analoji konfrans ildə iki dəfə keçirilir.
Apa.az