Ölkədə mövcud olan iqtisadi vəziyyət fonunda Prezident İlham Əliyev tərəfindən tədbirlər görülür və növbəti islahatlar istiqamətində müvafiq addımlar atılır.
Bunu Milli Məclisin spikeri Oqtay Əsədov bu gün Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında deyib.
O.Əsədov qeyd edib: “Mən bir daha əmin oldum ki, bizim iqtisadçılar arasında iqtisadiyyatı hamıdan güclü bilən dövlət başçısıdır. İslahatlara başlamaq üçün Prezident İlham Əliyev tərəfindən Milli Məclisə sənədlər göndərilib. Biz bunun zərurətini başa düşərək növbədənkənar sessiya çağırdıq”.