Ombudsman Aparatının mətbuat xidmətinin rəhbəri Zemfira Məhərrəmli bildirib ki, “Milli azlıqlar və miqrantların mədəni hüquqları: hüquqi aspektlər və implementasiya” mövzusunda keçiriləcək konfrans 18 iyun – Azərbaycan Respublikasında İnsan Hüquqları Gününə və Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunub.
İyunun 16-da konfrans iştirakçıları Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edəcəklər. Daha sonra konfrans Bakı Biznes Mərkəzində işinə başlayacaq.