Ombudsman Aparatının əməkdaşları məntəqə tipli cəzaçəkmə müəssisələrinə baxış keçiriblər

Ombudsman Aparatının əməkdaşları məntəqə tipli cəzaçəkmə müəssisələrinə baxış keçiriblərİnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın tapşırığına əsasən Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Məntəqə Tipli Cəzaçəkmə Müəssisələrinə və Xüsusi Müəssisələrə baxış keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əməkdaşlar Qaradağ rayonunun Puta qəsəbəsindəki 2, Qobustan qəsəbəsindəki 4, Qızıldaş qəsəbəsindəki 7, Sumqayıt şəhərinin Tağıyev qəsəbəsindəki 6, Xırdalan şəhərindəki 14 saylı Məntəqə tipli cəzaçəkmə müəssislərinə, həmçinin Qızıldaş qəsəbəsindəki 2 və 4 saylı, Puta qəsəbəsindəki 3 və 6 saylı, Lökbatandakı 9 saylı, Sumqayıtdakı 5 saylı, Güzdəkdəki 10 saylı Xüsusi Məntəqələrdə olub, orada saxlanılan məhkumlarla görüşüblər.

Müəssisələrin bir çoxunda əsaslı təmir işləri aparıldığı, müəssisədə yaşayan və evdə yaşamaq icazəsi verilən məhkumların işlə təmin olunması istiqamətində çətinliklərin mövcud olduğu müəyyən edilib. Eyni zamanda bu müəssisələrdən bəziləri yaşayış yerlərindən uzaq olduğu üçün, yerləşdikləri binaların Ədliyyə Nazirliyinin balansında olmadığına görə müəyyən təminat çətinliklərinin mövcudluğu aşkarlanıb. Toplanılmış məlumat və aşkar edilmiş pozuntularla bağlı arayışlar tərtib olunub, bu nöqsanların növbəti baxışadək aradan qaldırılması məqsədi ilə müəssisə rəhbərlərinə tövsiyələr verilib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO