Ombudsman Aparatında hüququ pozulmuş uşaqların problemləri ilə bağlı “qaynar xətt” yaradılıb

Azərbaycanda hüququ pozulmuş uşaqların problemləri ilə bağlı İnsan Hüquqları üzrə Müvəkkilə dərhal müraciət etmək məqsədi ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi və texniki yardımı əsasında Ombudsman təsisatında 24 saat fəaliyyət göstərən 916 nömrəli “qaynar xətt” yaradılıb. Bu barədə APA-ya Ombudsman Aparatının mətbuat xidmətindən bildirilib.

Məlumata görə, respublikanın bütün şəhər və rayon təhsil, səhiyyə şöbələrində, gənclər və idman, sosial müdafiə mərkəzlərində, polis idarələrində, təhsil müəssisələrində, məktəblərdə, uşaq yaradıcılıq və gənclər resurs mərkəzlərində, uşaq evləri və internat məktəblərində, mədəniyyət obyektlərində, o cümlədən uşaq kitabxanalarında, habelə qanunla ziddiyyətdə olan uşaqların yaşadığı müəssisələrdə və digər yerlərdə üçrəqəmli qaynar xətlə bağlı məlumatın yayılması məqsədilə müvafiq dövlət orqanlarına məktublar ünvanlanıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO