Ombudsman Aparatının əməkdaşları məhkumların vəziyyətini öyrəniblər

Ombudsman Aparatının əməkdaşları məhkumların vəziyyətini öyrəniblər

Ombudsman Aparatının əməkdaşları 5 saylı cəzaçəkmə müəssisəsində və Bakı İstintaq Təcridxanasında araşdırma aparıblar.
Ombudsman Aparatının Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları avqustun 30-da Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 15 saylı cəzaçəkmə müəssisəsində və Bakı İstintaq Təcridxanasında olub, Müvəkkilə müraciət edən məhkumlarla görüşüblər.
Görüş zamanı Ombudsmanın nümayəndələri saxlanılan şəxslərin saxlanılma şəraiti, səhhəti və onlara qarşı rəftarla bağlı mövcud vəziyyəti öyrəniblər.
Bakı İstintaq Təcridxanasında 10 məhkum qəbul edilib, onların şikayətləri diqqətlə dinlənilib.
Qəbul edilmiş şəxslərlə fərdi qaydada aparılan söhbət zamanı onlar saxlanılma şəraiti və müəssisə əməkdaşlarının rəftarı ilə bağlı narazılıqlarını bildirməyiblər.
Həmin məhkumlara hüquqi məsləhətlər verilib, Ombudsmanın səlahiyyətləri izah edilib.
Saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı hər iki müəssisənin rəhbərlərinə müvafiq tövsiyələr verilib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO