Ombudsman ABŞ-ın Azərbaycandakı səfirini qəbul edib

Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Ombudsman qonağın təmsil etdiyi səfirliklə insan hüquqları sahəsində qarşılıqlı əlaqələrin davam etdirilməsinin əhəmiyyətini söyləyib və gələcək əməkdaşlığın prioritetləri müəyyənləşdirilib.

Metyu Brayza Azərbaycan Ombudsmanının insan hüquqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyət göstərdiyini, böyük təcrübəyə malik olduğunu, onunla qarşılıqlı fikir və məlumat mübadiləsi aparmaqda maraqlı olduğunu bildirib. O, Müvəkkilin fəaliyyətinin əsas istiqamətləri, həbsdə olan Eynulla Fətullayevin, həmçinin həbs olunmuş Bəxtiyar Hacıyevin hüquqlarının təmini vəziyyətinin monitorinqi istiqamətində Ombudsmanın həyata keçirdiyi fəaliyyətlə maraqlanıb, onun sualları ətraflı cavablandırılıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO