Bu barədə MSK məlumat yayıb
Seçki Məcəlləsinin 8-ci maddəsinin 2-ci bəndinin tələbinə görə, səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab olunmur.
Mərkəzi Seçki Komissiyası (MSK) nəzdində Müstəqil Mətbuat Mərkəzindən Lent.az-a daxil olan məlumatda bildirilib ki, 2008-ci il oktyabrın 15-də keçiriləcək prezident seçkiləri ölkənin bütün ərazisini əhatə etdiyi üçün (Seçki Məcəlləsinin 29.9-cu maddəsi) həmin gün Azərbaycan Respublikasında iş günü hesab edilmir.