Nyu York ştatının Senatı 31 mart tarixi ilə əlaqədar qətnamə qəbul edib

Amerika-Azərbaycan Cəmiyyəti (ASA) üzvlərinin səyləri nəticəsndə, ABŞ-ın Nyu York ştatının Senatı 31 mart, 2012 tarixini Azərbaycan Soyqırımını anma günü elan edən J3784-2011 nömrəli qətnamə qəbul edib.
Amerika-Azərbaycan Cəmiyyətindən Trend-ə verilən məlumata görə, Nyu-York ştatının Roçester şəhəri 55-ci dairəsinin senatoru, Ceyms Alesi, tərəfindən təqdim olunan qətnamədə, Erməni Daşnak partiyasının və Stepan Şaumyanın başçılığı altında Bolşeviklərin, 1918-ci ildə Azərbaycan xalqına qarşı törətdiyi cinayətlər, müxtəlif Azərbaycan qaynaqları əsasında ətraflı işıqlandırılır.
Qətnamənin mətnində 31 mart, 1918 hadisələri dəfələrlə Azərbaycanlıların Soyqırımı olaraq tanınır. Nyu-York qurbernatoru Endrü Kuomoya isə 31 mart tarixinin Azərbaycan Anma Günü kimi qeyd olunması ilə əlaqədar müvafiq tövsiyələr verib.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO