Nyu-York Senatı azərbaycanlıların soyqırımına dair qətnaməni diaspor təşkilatına təqdim edib.

Qətnamə Amerika-Azərbaycan Şurasının səyləri nəticəsində qəbul edilib. Nyu-York ştatının Senatında 31 Mart tarixinin azərbaycanlıların Soyqırımı Günü kimi tanınmasına dair qətnaməsinin rəsmi nüsxəsi Amerika-Azərbaycan Şurasına təqdim edilib. APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-da fəaliyyət göstərən Amerika-Azərbaycan Şurası və Amerika-Azərbaycan Cəmiyyətinin açıqladığı birgə press-relizdə məlumat verilir.
3784 saylı qətnamə ABŞ-da fəaliyyət göstərən Amerika-Azərbaycan Cəmiyyətinin (ASA) səyləri nəticəsində qəbul edilib.
Amerika-Azərbaycan Cəmiyyətinin iyun ayında qətnamənin qəbul edilməsinə dair verdiyi açıqlamada sənədin Nyu-York ştatının Roçester şəhərini təmsil edən senator Ceyms Alesi tərəfindən təqdim edildiyi bildirilib.

Apa.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO