Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası və İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupunun təşkilatçılığı ilə keçirilmiş “İnsanlıq əleyhinə cinayətlər: Xocalı soyqırımı” mövzusunda beynəlxalq konfransın iştirakçıları:
BMT Nizamnaməsinin, Beynəlxalq hüququn BMT Nizamnaməsinə uyğun olaraq dövlətlər arasında dostluq münasibətləri və əməkdaşlıq haqqında prinsiplərə dair 1970-ci il Bəyannaməsinin, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müqaviləsinin 1975-ci il Xelsinki Yekun Aktının, Soyqırım cinayətlərinin qarşısının alınması və ona görə cəzalandırma Konvensiyasının (BMT Baş Assambleyası, 1948), 1949-cu il Cenevrə Konvensiyalarının və 1977-ci il Protokollarının, Haaqa Konvensiyasının 1899 və 1907, “müharibə cinayətləri” və “bəşəriyyətə qarşı cinayətlər” məcəllələrindən ibarət olan beynəlxalq cinayət Məhkəməsinin Roma Statusunun, müharibə cinayətkarlarının və ya bəşəriyyətə qarçı cinayət törədənlərin həbsi, təqibi və ya ekstradisiyasında əməkdaşlıq etmədiyinə görə dövlətin beynəlxalq hüququn pozulmasını şərh edən “müharibə cinayətkarlarının və bəşəriyyətə qarşı cinayətkar fərdlərin” cəzalandıılmasını əks etdirən 2840 (XXVI) saylı 18 dekabr 1971-ci il Qətnaməsini və digər beynəlxalq-hüquqi sənədlərin
müddəalarını əsas tutaraq, bildirir ki,
– Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzünün bəşəriyyətin ən müdhiş, faciəli, tarixdə analoqu çox az olan qanlı səhifələrindən biri Qarabağın qədim insan məskənlərindən biri olan Xocalı şəhərində törədilmiş soyqırım cinayətləri olmuşdur.
¬– Erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə silahsız və köməksiz Xocalı şəhərinə hücum etmişlər. Əvvəlcədən düşünülmüş və planlaşdırılmış hücum zamanı şəhər əhalisinə etnik zəmində misli görünməmiş divan tutulmuşdur: 613 nəfər ödürülmüş, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olmuş, 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülmüş. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideyinlərindən birini itirmiş, 1275 nəfər dinc sakin girov götürülmüş, onların 150-sinin taleyi indi də məlum deyil. Xocalı şəhəri dağıdılaraq tamamilə yer üzündən silinmişdir.
– Öldürülənlərdən 56 nəfəri xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirlimişdir: onlar diri-diri yandırılmış, başları kəsilmiş, qafiyə nayihələrinin və üzlərinin dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmış, meyitlər təhqir edilmişlər.
Konfrans iştirakçıları əminliklə hesab edir ki,
– Xocalıda törədilmiş soyqırım cinayətləri, təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün sivil dünyaya, bəşəriyyətə qarşı yönəldilmiş insanlığa qarşı cinayət əməlləri olmuşdur;
– Xocalıda soyqırım cinayətlərini planlaşdırmış və həyata keçirmiş cinayətkarlar beynəlxalq məhkəmə qarşısında cavab verməlidir;
– Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir.
Konfrans iştirakçıları:
– Xocalı soyqırımının baş verməsindən 20 il ötməsinə baxmayaraq, indiyədək insanlığa qarşı bu cinayətləri törədənlərin cəzalandırılmamasından və beynəlxalq ictimaiyyət tərəfindən bu cinayətlərin müvafiq qaydada qiymətləndirilməməsindən ciddi narahatçılıq keçirir;
– beynəlxalq təşkilatları, dünya dövlətlərinin parlamentlərini Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi Xocalı soyqırımına tez bir zamanda beynəlxalq siyasi-hüquqi qiymət verməyə çağırır;
– ən qısa müddət ərzində Xocalı Soyqırımı üzrə Beynəlxalq Məhkəmənin yaradılmasını tələb edir.
Bu məqsədlə Qətnamə şəklində konseptual sənəd hazırlanaraq ən qısa vaxtda Azərbaycan Respublikasının müvafiq dövlət qurumlarına və beynəlxalq ictimaiyyətə təqdim olunacaqdır
Bakı, Azərbaycan,
24 fevral 2012-ci il