Bakıda Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və İnsan Hüquqlarına dair Beynəlxalq Standartların təsbiti üzrə Birgə İşçi Qrupunun təşkilatçılığı ilə “İnsanlıq əleyhinə cinayətlər: Xocalı soyqırımı” adlı beynəlxalq konfrans keçirilib. Tədbirdə çıxış edən AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov Xocalıda törədilən soyqırımı ilə bağlı məlumat verib. O, bir günün içərisində erməni və rus silahlıları tərəfindən 613 nəfər Xocalı sakini vəhşicəsinə qətlə yetirilib. Erməni quldurları 421 nəfərə ağır xəsarət yetirib. Bundan başqa 1275 nəfər əsir və girov götürülüb. Onlardan 150 nəfərin taleyi bu gün də məlum deyil.
Daha sonra çıxış edən İnsan Hüquqlarına dair Beynəlxalq Standartların təsbiti üzrə Birgə İşçi Qrupun həmsədri Şahin Camalov da Xocalı soyqırımı haqqında danışıb.
Respublika Hərbi Prokurorluğunun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin xüsusi istintaq şöbəsinin rəisi Mehman Poladov isə Xocalıda törədilən soyqırımı ilə bağlı aparılan istintaq hərəkətləri ilə bağlı məlumat verib. Daha sonra Xocalı soyqırımı ilə bağlı sənədli film nümayiş etdirilib.
Tədbirdə müxtəlif ekspertlərin Xocalı soyqırımı, onun nəticələri barədə fikirləri dinlənilib.
http://ucnoqta.az/qarabag/47769.html