Birgə İşçi Qrupun təmsilçiləri olan yerli QHT üzvlərinin iştirakı ilə keçən toplantıda gündəlik məsələlər müzakirəyə çıxarıldı. AİHDBSTBİQ – nun sədri Kamil Səlimovun «Dağlıq Qarabağda ekoloji təhlükəsizlik sisteminin təminatı» layihəsilə bağlı təkliflər müzakirə olundu. Bundan başqa BMT Təhlükəsizlik Şurasının qətnamələri, işğal olunmuş ərazilərdən dolayı Ermənistana qarşı işğalçı rejimin tətbiqinə dair ciddi müzakirələr aparıldı. Birgə İşçi Qrupunun koordinatoru Ramiz Sevdimalıyev məsələnin incəliyini nəzərə alaraq təklifin mütəxəssislər tərəfindən müzakirəsinin vacibliyi vurğuladı. Daha sonra, ermənilər tərəfindən ekologiyaya vurulan ziyan – meşələrin, ərazilərin, mülkiyyətin yandırılması, doğranılması, dağıdılması və s. məqamların ictimaiyyətə çatdırılmasının əhəmiyyəti müzakirə edildi. Qeyd edək ki, layihənin bu istiqamətdə həyata keçirilməsində beynəlxalq təşkilatların da iştirakı nəzərdə tutulur.
AİHDBSTBİQ-nun
Mətbuat Xidməti