İNSAN HÜQUQLARI İLƏ BAĞLI LAYİHƏLƏRİN MALİYYƏLƏŞDİRİLMƏSİNƏ 16 MİLYON AVRO AYRILACAQ

Avropa Komissiyası Azərbaycanda demokratiya və insan hüquqları ilə bağlı 9 layihə həyata keçirəcəkdir. Onlardan 2-si qaçqın və məcburi köçkünlərin problemləri və insan alveri ilə mübarizə sahəsinə aiddir. Qurum bu məqsədlə Azərbaycana 16 milyon avro ayıracaqdır.
Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyinin insan haqları və demokratiya mövzusunda keçirdiyi konfransda bildirilmişdir ki, hazırda bununla bağlı hökumətlə müzakirələr aparılır.
Qurumun Avropa Yardım və Əməkdaşlıq İdarəsinin direktoru Markus Kornaronun dediyinə görə, Azərbaycanın penitensiar sistemi Avropa standartlarına uyğunlaşdırılır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO