Novruz Məmmədov: Ermənistan rəhbərliyi nə edəcəyi barədə bir qərara gələ bilmir

Novruz Məmmədov: Ermənistan rəhbərliyi nə edəcəyi barədə bir qərara gələ bilmirErmənistan tərəfi və Ermənistan rəhbərləri nə edəcəkləri barədə bir qərara gələ bilmirlər. Hazırki vəziyyətdən çıxış yollarını tapmaqda çətinlik çəkirlər. Ermənilər gah nala vurur gah da mıxa. Biri bir söz deyir digəri onun əksinə olan başqa bir söz deyir. Bu sadəcə mövcud vəziyyətdə çaş-baş qalmaq deməkdir.

Trend-in məlumatına görə, bunu ANS-ə açıqlamasında Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

Prezident Administrasiya rəhbərinin müavini Novruz Məmmədov vurğulayıb: “Azərbaycanın səbri tükənə bilər. Bunu bütün ölkələr görür, nəzərə alır və almalıdırlar”.

Norvruz Məmmədov həmçinin əlavə edib ki, Azərbaycan və Ermənistan təmas xəttində vəziyyətin gərginləşməsi ölkəmizin nüfuzuna təsir etməyib: “Azərbaycana investisiya qoymaq, Azərbaycanla əməkdaşlıq etmək arzusu çoxalıb.”

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO