Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja vəzifəsini 2017-cı ildə tərk etmək niyyətindədir. Trend TASS-a istinadən xəbər verir ki, bu barədə bu gün N.Bordyuja açıqlama verib.
2017-ci ildə KTMT rəhbərliyində rotasiya sistemi ilə dəyişikliklər gözlənilir.
N.Bordyuja Təşkilatın baş katibi vəzifəsində 2003-cü ildən çalışır.
Kollektiv Təhlükəsizlik Müqaviləsi MDB ölkələri arasında 1992-cı ilin yazında imzalanıb və 1994-cü ildə qüvvəyə minib. KTMT 2002-ci ildə yaranıb. Təşkilata Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.