İngiltərə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Sem Yanger Bakıda səfərdədir
Lent.az-ın məlumatına görə, Sem Yanger bu gün bəzi dairə seçki komissiyalarında olub, daha sonra isə Azərbaycan MSK-nın iclasını izləyib. MSK sədri Məzahir Pənahov ingilis həmkarının onun rəhbəri olduğu qurumun dəvəti ilə Azərbaycana səfər etdiyini bildirib.
Jurnalistlərə açıqlamasında S.Yanqer özü isə deyib ki, Azərbaycana gəlişi onun üçün çox maraqlı bir təcrübə olub: “Ona görə ki bizdə, yəni Böyük Britaniyada Mərkəzi Seçki Komissiyasının iclasları ictimaiyyətə açıq deyil, Azərbaycanda isə açıqdır. Bu, mənim üçün maraqlı bir təcrübə və düşünmək üçün bir məqam oldu”. S. Yanger əlavə edib ki, Bakıya səfərinin məqsədi heç də seçkini qiymətləndirmək deyil, sadəcə təcrübə mübadiləsi etməkdir.