37 seçki məntəqəsini əhatə edən 61 saylı Neftçala seçki dairəsi dairə seçki komissiyası üzrə dəqiqləşdirilmiş seçici siyahılarına 38.260 vətəndaşın adı yazılmışdır.
AzərTAc xəbər verir ki, onların sırasında yer tutan 824 gənc Azərbaycan Konstitusiyası ilə müəyyənləşdirilən müstəsna hüququndan ilk dəfə yararlanacaq, öz iradəsini yerinə yetirəcəkdir.
Oktyabrın 15-də rayonun 100-dən çox yaşı olan 3 ixtiyar sakini də seçkiyə qatılacaqdır. Dairə seçki komissiyasının 8 nəfərdən ibarət tərkibinə Yeni Azərbaycan, Ana Vətən, Bütöv Azərbaycan Xalq Cəbhəsi və Ümid partiyalarının, bitərəflərin təşəbbüs qruplarının nümayəndələri daxildir.
Prezidentliyə namizədlərin təbliğatı üçün hər yerdə bərabər imkanlar yaradılmışdır.