Nazirlər Kabinetinin qərarı Azərbaycanda qaz istehlakçılarının hüquqlarını təmin etməyə imkan verəcək

Azərbaycan Nazirlər Kabinetinin yazılı bildiriş olmadan qazın verilişinin dayandırılmasını qadağan edən qazdan istifadə qaydalarına dəyişikliklərin edilməsi haqqında qərarı pozanlara qarşı İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan cərimələrin tətbiqi üçün hüquqi baza yaradıb. Bu barədə Azərbaycan Sənaye və Energetika Nazirliyi yanında Dövlət Qaz Nəzarəti İdarəsinin rəhbəri Asif Zeynalov bildirib. Onun sözlərinə görə, qərara əsasən, qazın verilişinin dayandırılması ancaq abunəçiyə borc və onun ay ərzində ödənilməməsi haqqında bildirişin təqdim edilməsindən sonra həyata keçirilə bilər.

Bu qaydaların pozulması halında istehlakçıya qazın verilişini qanunsuz kəsən şəxsə qarşı İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş cərimə tətbiq edilə bilər.

Onun sözlərinə görə, belə pozuntular zamanı istehlakçılar idarəyə müraciət edə bilərlər.

“Bu, istehlakçıların maraq və hüquqlarının müdafiəsini təmin etməyə imkan verəcək”, – Zeynalov vurğulayıb.
Xatırladaq ki, Azərbaycan Nazirlər Kabinetinin qərarına əsasən, yazılı bildiriş olmadan fiziki şəxslərə qaz, istilik və elektrik enerjisi verilişinin dayandırılması qadağan edilir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO