Nazirlər Kabineti “Yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi Normaları” təsdiq edib

Nazirlər Kabineti “Yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi Normaları” təsdiq edib.

Sənədi Baş nazir Artur Rasi-zadə imzalayıb.

Bu normalara mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, hüquqi və fiziki şəxslər, dövlət orqanları və bələdiyyələr tərəfindən riayət edilməlidir.

Yaşayış məntəqələrinin layihələndirilməsi zamanı yaşıllıq faizi ayrılmış ərazinin minimum 40 faizini təşkil etməlidir.

Əhalinin mövcud məskunlaşdığı məhəllələr yenidən layihələndirilərkən yaşıllıq faizi həmin ərazinin minimum 25 faizini təşkil etməlidir.

Əhalisinin sayı bir milyondan çox olan şəhərlər çox iri, 250 mindən bir milyonadək olan şəhərlər iri, 100 mindən 250 minədək olan şəhərlər böyük, 50 mindən 100 minədək olan şəhərlər orta və 50 minədək olan şəhərlər kiçik şəhərlər qrupuna aiddir.

Qəsəbələr kiçik şəhərlər qrupuna daxildir.

Yarımsəhra zonasında ümumi istifadədə olan yaşıllıq ərazilərinin sahəsi 20-30 faiz azaldıla, çöl və meşə-çöl zonasında isə 10-20 faiz artırıla bilər.

Meşələrin əhatəsində, iri çay və su hövzələrinin sahil zonalarında yerləşdirilən orta və kiçik şəhərlərdə, qəsəbə və kənd yaşayış məskənlərində ümumi istifadədə olan yaşıllıq ərazilərinin sahəsi 20 faizdən çox olmayaraq azaldıla bilər.

Bir adama düşən yaşıllıq sahəsi: iri şəhərlərdə 10, böyük şəhərlərdə 9, orta şəhərlərdə 7, kişik şəhərlərdə 8, qəsəbədə 8, kənddə isə 12 kvadratmetrdir.

Ümumi istifadədə olan yaşıllıqların ərazi balansı

Yaşıllıq sahələri Yaşıllıqlarla örtülü sahə(faizlə) Yollar və meydançalar(faizlə) Qurğular(faizlə)
Ümumşəhər mədəniyyət və istirahət parkları 78 16 6
Rayon mədəniyyət və istirahət parkları 76 17 7
Meşə-parklar 93 5 2
Yaşayış rayonlarının (massivlərinin) bağları 73 25 2
Mikrorayonların bağları 72 25 3
Bağçalar 69 28 3
Bulvarlar 55 43 2

Məhəllədaxili, təhsil, səhiyyə, mədəni-məişət, sənaye müəssisələrinin və digər obyektlərin tikintilərinin layihələndirilməsi zamanı məhdud istifadəli yaşıllıqların ərazi balansı

Məhdud istifadəli yaşıllıqların yerləşdiyi obyektlər Yaşıllıq faizi
Məhəllədaxili 25
Təhsil müəssisələri:məktəbəqədər və ümumtəhsil müəssisələri

ilk peşə-ixtisas təhsili, orta ixtisas və ali təhsil müəssisələri

40

40

Səhiyyə müəssisələri 50
Mədəni-məişət müəssisələri 30

Sənaye müəssisələri tikintisinin layihələndirilməsi zamanı yaşıllıq sahəsinin xüsusi çəkisi istehsalatın təyinatından asılı olaraq tənzimlənməlidir.

Yaşayış məntəqələrinin layihələndirilməsi zamanı xüsusi

təyinatlı yaşıllıqların ərazi balansı

Xüsusi təyinatlı yaşıllıqların yerləşdiyi ərazilər Yaşıllıq faizi
Sənaye müəssisələri və komplekslərinin sanitariya-mühafizə zonası:eni 300 metrədək olduqda300 metrdən 1000 metrədək olduqda1000 metrdən 3000 metrədək olduqda 605040
Magistral dəmir və avtomobil yollarının mühafizə zonası 50
Xatirə kompleksləri (xiyabanlar) 60
Qəbiristanlıqlar 15
Suburaxma qabiliyyəti 30 kubmetr/saniyədən çox olan su kanallarının mühafizə zonası 25
Enerji kəmərlərinin mühafizə zonası 10

Əhalinin məskunlaşma ərazisi tərəfdən sanitariya-mühafizə zonasının eni 100 metrədək olduqda eni 20 metr və 100 metrdən çox olduqda isə 50 metr ağac-kol bitkilərindən ibarət arasıkəsilməz yaşıllıq zolağının salınması nəzərdə tutulmalıdır.

2Ətraf mühitin mövcud vəziyyəti (atmosferin fon çirklənmə səviyyəsi, ərazinin relyefi, istehsalatın xüsusiyyətləri, meteoroloji amillər və s.) nəzərə alınaraq sanitariya-mühafizə zonasının eni dəyişdirilə bilər.

Yaşayış məntəqələrində küçə və prospektlərin layihələn-dirilməsi zamanı bir adama düşən yaşıllıq norması çox iri, iri və böyük şəhərlərdə 5 kvadrat metr, orta şəhərlərdə 4 kvadratmetr, digər yaşayış məntəqələrində isə 3 kvadratmetr olmalıdır.

Əhalinin ümumi istifadəsində olan yaşıllıq sahələrindən, sanitariya-mühafizə zonalarının ölçülərindən, təbii iqlim və yerli şəraitin digər xüsusiyyətlərindən asılı olaraq, tingliklərin (şitilliyin) sahəsi bir adam üçün 0,2-0,4 kvadratmetr nəzərdə tutulmalıdır.

Report.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO