Nazir: Ermənistanın təxribatçı əməlləri Azərbaycan xalqının məhv edilməsinə yönəldilib

Nazir: Ermənistanın təxribatçı əməlləri Azərbaycan xalqının məhv edilməsinə yönəldilibErmənistanın təxribatçı əməlləri Azərbaycan xalqının məhv edilməsinə yönəldilib və danışıqların davam etdirilməsi onlar tərəfindən ancaq vaxt qazanılması məqsədi daşıyır.

Trend-in məlumatına görə, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Ağdam rayonunda olarkən jurnalistlərə deyib.

Nazir bildirib ki, Ermənistan Azərbaycanın mülki vətəndaşları ilə müharibə etməyə davam edir: “Evlərin dağıdılması və Azərbaycanın mülki vətəndaşlarının ölümü bunu təsdiq edir”.

H.Bağırov əlavə edib ki, Azərbaycan artıq 90-cı illərdə olan ölkə deyil: “Azərbaycanın gücü artıb. Bu bizim üçün ölüm-qalım mübarizəsidir. Başqa yolumuz yoxdur. Buna görə də Azərbaycan xalqı öz Prezidenti ətrafında sıx toplaşıb və işğal edilmiş ərazilərini qaytarmaq üçün mübarizə aparır. Azərbaycanın digər dövlətin ərazisinə iddiası yoxdur”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO