Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi istehlak bazarında formalaşan yeni qiymətlərin əsasında sosial müavinətlərin məbləğinin artırılması üzrə təkliflər 2016-cı ili yanvarın sonuna hökumətə təqdim edəcək.
Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov mətbuat konfransında deyib.
Nazirin sözlərinə görə, müavinətlərin maliyyələşdirilməsi dövlət büdcəsi vəsaitləri hesabına həyata keçirilir, buna görə də bu məsələyə dövlət büdcəsinin proqnozlarına düzəlişlər edilərkən baxılacaq.