Naxçıvanda insan hüquqları ilə bağlı konfrans keçirilib

Naxçıvan MR Ali Məhkəməsi və Naxçıvan MR İnsan Hüquqları üzrə Müvəkkil (ombudsman) birgə “Naxçıvan MR-də insan hüquq və azadlıqlarının müdafiəsi: ümumi və regional vasitələr” mövzusunda konfrans keçiriblər.
Lent.az-a verilən məlumata görə, konfransın keçirilməsində əsas məqsəd Naxçıvanda insan hüquqlarının qorunmasının vəziyyətini öyrənmək olub. Konfransada Naxçıvan MR Ali Məhkəməsinin sədri Ramiz Süleymanov, Naxçıvan MR İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) Ülkər Bayramova və başqaları bölgədə hüquq institutlarının inkişafı, insan hüquq və azadlıqların müdafiəsi üzrə təminatların gücləndirilməsi, məhkəmələrin təkmilləşdirilməsi və ombudsman təsisatının fəaliyyəti haqqında çıxış ediblər.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO