NATO-nun baş katibi Anders Foq Rasmussen Ukraynada baş verən hadisələrlə bağlı bəyanat verib.
Trend-in NATO-nun rəsmi saytına istinadən verdiyi məlumata görə, baş katib ölkədə baş verən dramatik hadisələrdən və ölüm xəbərlərindən hədsiz narahat olduğunu bildirib.
Anders Foq Rasmussen deyib: “Mən zorakılığı qəti şəkildə qınayıram. Şiddət heç bir vaxt siyasi böhrana cavab ola bilməz”.
NATO rəsmisi bütün tərəfləri real dialoqa, təmkinli olmağa və vəziyyətin gərginləşməsinin qarşısını almağa çağırıb.