Natiq Əliyev: Azərbaycanın enerji sisteminin ümumi gücü 7 min meqavatı ötüb

2013-cü ildə Azərbaycanın enerji sisteminin ümumi gücü 7 min meqavatı ötüb. Trend-in məlumatına görə, bunu jurnalistlərə energetika naziri Natiq Əliyev Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) üzv şirkətləri ilə görüşdən əvvəl deyib.

Onun sözlərinə görə, Azərbaycanın enerji sisteminin gücü ölkənin elektrik enerjisinə olan tələbatını 1500 meqavat üstələyir.

N.Əliyev qeyd edib ki, Azərbaycan enerji təhlükəsizliyini tam bərpa edib və ölkənin ümumilikdə regionun enerji təhlükəsizliyinin təminatında rolunun artırılması üçün böyük imkanlar var: “Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsünün, həmçinin Azərbaycan, Rusiya və İranın enerji sistemlərinin paralel işinin yaradılması layihələri çərçivəsində iş aparılır”.

Nazir bildirib ki, bu, regionun enerji təhlükəsizliyinin təminatı məsələsində Azərbaycanın rolunu artırmağa imkan verəcək.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO