Natali Qule: Prezident İlham Əliyevin sayəsində Azərbaycan beynəlxalq arenada mövqeyini gücləndirib

Prezident İlham Əliyevin balanslaşdırılmış siyasəti sayəsində Azərbaycan beynəlxalq arenada öz nüfuzunu gücləndirib və imicini yaxşılaşdırıb. Bunu Trend-ə Fransa parlamentinin deputatı Natali Qule bildirib.

Xanım N.Qule bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmamasına, Rusiya və İranla mürəkkəb qonşuluğa baxmayaraq, Azərbaycan uğurlu xarici siyasət yürüdür.
O, qeyd edib ki, Prezident İlham Əliyevin siyasəti sayəsində Azərbaycan bu gün Avropanın və NATO-nun etibarlı tərəfdaşıdır.

Azərbaycanın demokratik dəyərlərə sadiqliyindən danışan N.Qule bildirib ki, bəşəriyyət üçün bu mürəkkəb zamanda Azərbaycan ənənələrə və dini tolerantlığa hörməti qoruyub saxlamağa nail olub: “Bundan başqa, Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan iqtisadiyyatın inkişafında əhəmiyyətli tərəqqiyə nail olub”.

O, müharibə şəraitində olan Azərbaycanın bütün bu uğurları əldə etdiyinə heyran qaldığını deyib.

Fransız deputat Azərbaycanın uğurlarında ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın mühüm rolunu qeyd edib: “Azərbaycan bir çox uğurlarına görə ölkənin birinci xanımı Mehriban Əliyevaya borcludur”.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO