Prezidentliyinə namizədlərə seçkiqabağı təbliğat kampaniyası üçün ayrılmış vəsait bu gün onların hesabına köçürülüb. Lent.az-ın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov məlumat verib. O bildirib ki, beş namizədə (İlham Əliyev, İqbal Ağazadə, Fazil Qəzənfəroğlu, Fuad Əliyev və Qulmahüseyn Əlibəyli) ümumilikdə 144 manat ayrılıb. 144 min manat namizədlər arasında bərabər bölünüb və hər namizədə 28,8 min manat düşüb.