«İndi seçki ilə bağlı Azərbaycan cəmiyyətində kəskin etimadsızlıq mühiti hökm sürür». Bunu «Azadlıq» radiosuna prezidentliyə namizəd İqbal Ağazadə deyib.
O bildirir ki, müxalifətdəki dostlarının seçkini boykot etməsi ilə yanaşı, indidən onun nəticələrini tanımaması fakltına təəssüflənir:
«Gərək onlar qeyd edəydilər ki, əgər İlham Əliyev seçilsə, nəticələri tanımayacağıq».
Prezident seçiləcəyi təqdirdə İ.Ağazadə pensiyaları minimum istehlak səbətindən 15-20 faiz artıq həddə qaldıracağını vəd edir.
Prezidentliyə digər namizəd İlham Əliyevin vəkili Rəşad Məcid isə deyir ki, Azərbaycan xalqının 90 faizi hökumətyönlüdür. Onun fikrincə, vəziyyətin bu həddə gəlib çatmasında ən böyük günahkar elə müxalifətin özüdür:
«Son 10-15 ildə müxalifətin apardığı siyasət o həddə gəlib çatıb ki, hökuməti dəstəkləməyi ağlına gətirməyən qüvvələr də müxalifəti belə görüb iqtidara üz tuturlar».
Rəşad Məcid deyir ki, hazırkı prezident seçkisinin favoriti İlham Əliyevdir