Amerika Birləşmiş Ştatlarında (ABŞ) noyabrın 4-də keçiriləcək prezident seçkiləri ilə bağlı Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) rəhbərliyi bu ölkəyə səfər edib. MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyevin APA-ya verdiyi məlumata görə, MSK sədri Məzahir Pənahov və qurumun beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov noyabrın 1-dən 6-dək ABŞ-da səfərdə olacaqlar. MSK rəhbərliyini ABŞ-a Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (İFES) prezidenti Jan Pyer Kinqli dəvət edib. Səfərdə məqsəd ABŞ-la seçki sahəsində təcrübə mübadiləsi aparmaq, bu ölkənin seçki praktikası ilə bir daha yaxından tanış olmaq və İFES-in seçkilərlə bağlı təşkil etdiyi tədbirlərdə iştirak etməkdir.