Müdafiə Nazirliyi: Ermənistanın dezinformasiyalarından sonra adətən onların itkilərinin olduğu üzə çıxır

Ermənilərin Azərbaycan Ordusunun cəbhədə diversiya cəhdi barədə yaydığı məlumatların yalan olduğu müəyyən edilib. Bunu Trend-ə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətindən deyiblər.

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan tərəfinin Azərbaycan Ordusunun cəbhədə diversiya cəhdi və itkilər verməsi barədə yaydığı məlumatlar dezinformasiya xarakteri daşıyır: “Erməni tərəfi bu tip informasiyaları dövriyyəyə buraxmaqla informasiya təxribatı həyata keçirirlər.

Ermənilər Azərbaycan Ordusunun cəbhədə diversiya cəhdi barədə informasiyaları yaymaqla, ehtimal olunan təxribatlarına zəmin yaradırlar. Əsas odur ki, Azərbaycan Ordusunun cəbhədə itkiləri yoxdur, vəziyyət nəzarət altındadır. Bu birinci dəfə deyil ki, erməni tərəfi bu cür məlumatlar yayır. Bu hal dəfələrlə olub. Bu dəfə də müəyyən olunub ki, məlumatlar yalan və həqiqətə qətiyyən uyğun deyil. Adətən belə dezinformasiyalardan sonra onların özlərində itkilərin olduğu üzə çıxır”.

Qeyd edək ki, Ermənistan KİV-lərində dekabrın 25-i saat 01:30-da Azərbaycan Ordusu tərəfindən guya cəbhədə diversiya cəhdinin olduğu və Ermənistan silahlı birləşmələrinin əks tədbirləri nəticəsində Azərbaycan tərəfinin itki verərək geri çəkilməyə məcbur edildiyi barədə məlumat yayılıb.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO