Müdafiə naziri Səfər Əbiyev Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alper Coşkunu qəbul edib.
Türkiyə-Azərbaycan əlaqələrinin inkişafından söhbət açan müdafiə naziri hərbi əməkdaşlıq sahəsində də uğurların əldə olunduğunu qeyd edib. Görüşdə səfir Alper Coşkun ölkəsinin Azərbaycana yeni təyin olunan hərbi attaşesi briqada generalı Hasan Nevzat Taşdeleri nazir Səfər Əbiyevə təqdim edib.
Yeni attaşeyə fəaliyyətində yüksək nailiyyətlər arzulayan Azərbaycanın müdafiə naziri sabiq hərbi attaşe briqada generalı Yücel Karaüzə də Azərbaycanda çalışdığı müddətdə səmərəli işinə görə öz təşəkkürünü bildirib