Mübariz Əhmədoğlu: Beynəlxalq reytinq təşkilatları Sərkisyanın əlində erməni xalqını talayan alətə çevriliblər

Mübariz Əhmədoğlu: Beynəlxalq reytinq təşkilatları Sərkisyanın əlində erməni xalqını talayan alətə çevriliblərMübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru

“Freedom House” dünyada azadlıqların vəziyyətinə dair illik ənənəvi məruzəsində Ermənistanı və Dağlıq Qarabağı qismən azad ölkələr sırasına daxil etdi. “Freedom House” məhz ermənilərə məxsus təşkilat olduğu üçün Dağlıq Qarabağı tərəf kimi göstərir. Onun bu iki regionu qismən azad hesab etməsi də siyasi mənsubiyyətinə görədir. Ermənistanın siyasi cəhətdən müstəqil olması RF-dən asılıdır. Ona görə, “Freedom House” rəsmiləri yeni yanaşma gündəliyə gətirdilər: Guya Ermənistan insan hüquqları prizmasından mürəkkəb regionda yerləşir. Ermənistan aşkar avtoritar rejimlər olan Azərbaycan və Rusiya ilə əhatə olunub. Bu barədə “Freedom House”un insan hüquqları məsələləri üzrə vitse-prezidenti Arç Fadinqton bildirdi.

Bir az öncə Fitch və digər beynəlxalq reytinq agentlikləri Ermənistanın iqtisadiyyatı barədə müsbət rəy bildirmişdilər. Təxminən 20 ildir vəziyyət belədir: Beynəlxalq reytinq agentlikləri, maliyyə qurumları, hüquq müdafiə təşkilatları Ermənistana yanız müsbət rəy verirlər. Ermənistanda isə vəziyyət pisləşir. Xalq ölkəni tərk edir; İqtisadi artım dayanıb, hətta mənfiyə tərəf çevrilib. Ermənistan digər dövlətdən asılı vəziyyətə düşüb, müstəqilliyini, dövlətçiliyini itirir.

“Freedom House”un insan hüquqları məsələləri üzrə vitse-prezidenti Arç Fadinqton isə Ermənistanın indiki düşdüyü vəziyyəti Rusiya və Azərbaycanla əlaqələndirir.

Rusiya Ermənistanın tam sahibidir. İstənilən anda Ermənistanın daxilində istənilən siyasi vəziyyəti yarada bilər. Əgər bu gün Ermənistanda söz azadlığı varsa, bunu RF belə istəyir. Bu Ermənistan rəhbərliyinin xidməti deyil. Rusiya 2010-cu ildə Ermənistan- Türkyə məxfi danışıqlarını tam yaza bilmişdi. Danışıqda iştirak edən Ermənisan məmurları Rusiyanın xoşuna gəlmək üçün bu işi görmüşdülər. Rusiya istəsə, Arç Fadinqtonla erməni rəsmiləri arasındakı bütün əlaqələri ortalığa qoya bilər. Ermənistan rəsmilərinin Fitch, Moodu s, Standart & poor, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu ilə gizli sövdələşmələrini də Rusiya öz maraqlarına cavab verəcəyi vaxtda aşkarlaya bilər.

Ermənistan rəhbərliyinin işğalçı siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı deportasiya olunub, 300 min erməni Azərbaycanda yaşamaqdan məhrum edilib. Ermənistan insan hüquqlarını pozmaqla bağlı fəaliyyətini təkcə Azərbaycanda deyil, Gürcüstan və Türkiyədə də davam etdirib. Insan hüquqlarını pozmaqda Ermənistan regionun xuliqanıdır. Xuliqan Ermənistan həmişə “Freedom House”dan dəstək alıb.

Ermənistan prezidenti S. Sərkisyan erməni xalqını talayan siyasət aparır. Beynəlxalq reytinq təşkilatları bu işdə onun əlində alətə çevriliblər.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO