“Azərbaycanda 200-ə yaxın “reket” qəzet var. Onlardan 80-ə yaxınının adını ictimaiyyətə açıqlamışıq. Daha 30 “reket” qəzetin adı isə yaxın günlərdə elan olunacaq” . Bu açıqlamanı APA-ya Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib. Şura sədri deyib ki, “reket” elan olunan qəzetlərin adları və onların rəhbərləri haqında məlumatlar həm idarə və müəssisələrə, həm də nəşriyyatlara göndərilib. Onun sözlərinə görə, bəzən bir şəxsin 10-dək qəzet açıb dövriyyəyə buraxdığının şahidi olmaq mümkündür. Ə. Amaşov ölkədə 3500 kütləvi informasiya vasitəsinin qeydiyyata alındığını, onlardan 3000-ə qədərinin məhz qəzetlər olduğunu deyib: “Bu qəzetlərdən 2500-ə qədəri ümumiyyətlə fəaliyyət göstərmir. Fəaliyyət göstərməyən qəzetlərin isə qeydiyyatı ləğv olunacaq”.