Mətbuat üçün məlumat
Birgə İşçi Qrupunun “Qaynar xətt” xidməti (Qaynar xəttlər: 012 408-30-17 və 012 408-30-27) aztəminatlı əhalinin Bakı şəhərinə gələ bilməmələrini nəzərə alaraq regionlara səyyar səfərlərin təşkili layihəsinin təkrar icrasına başlamaq qərarına gəlmişdir. Layihənin icrası üçün nəzərdə tutduğumuz regionlar və səfərlərin tarixi aşağıdakı kimidir:
1. Şirvan şəhəri: Şirvan şəhəri, Rəsulzadə küçəsi 10 (“Ay işığı” kafesinin yaxınlığı) – 08 iyun, saat 10:00-da;
2. Mingəçevir şəhəri: Mingəçevir şəhəri, Heydər Əliyev prospekti 68/18 (Keçmiş “Azərkitab”-ın yeri) – 19 iyun, saat 10:00-da;
3. Cəlilabad rayonu: 01 iyul, saat 10:00-da;
4. Masallı rayonu: Heydər Əliyev prospekti 87, “Mətbəə PF” firmasının ofisi – 02 iyul, saat 10:00-da;
5. Şəki şəhəri: Şəki şəhəri, Şəki Mədəniyyət evinin zalı, 1-ci mərtəbə – 17 iyu, saat 10:00-da.
Layihənin icrası zamanı aşağıdakı vəzifələr qarşıya qoyulmuşdur:
a) Regionların əhalisinə keyfiyyətli və pulsuz hüqqi yardımın təşkili;
b) Layihə çərçivəsində həmin rayonların İcra hakimiyyəti strukturlarına daxil olan idarə və müəssisələrin monitorinqini həyata keçirmək. Monitorinqdə “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Starategiya” da yerli dövlət orqanları qarşısında qoyulan tələblərin icra vəziyyəti müşahidə olunacaqdır;
c) Həmin Rayon (şəhər) Polis şöbələrinin (idarələrinin) müvəqqəti saxlama yerlərinin monitorinqinin təşkili;
d) Səfərlər zamanı mərkəzi magistral yollarda Yol Patrul Xidmətinin fəaliyyyətinin monitorinqinin təşkili.
Əlavə məlumat üçün “Qaynar xətt” xidmətinin telefonlarına (Qaynar xəttlər: 012 408-30-17 və 012 408-30-27) müraciət edə bilərsiniz.
Birgə İşçi Qrupunun üzvü,
“Qaynar xətt” xidmətinin rəhbəri