Layihənin məqsədi, bölgələrdə insan hüquqlarının vəziyyətinin öyrənilməsi, həmçinin vətəndaşların mülki, cinayət, inzibati, əmək, sosial səhələr və korrupsiya faktları üzrə şikayətlərini araşdırıb həllində kömək etməkdir.
Ərizə və şikayətlərin qəbulu ücün məkan və tarix də artiq müəyyənləşib. Belə ki:
Quba rayonu üzrə qəbul 31 yanvar tarixindən etibarən Yusif Qasımov 9 ünvanında (Köhnə sülh prospekti) yerləşən Milli QHT forumunun Quba Regional Resurs və Təlim Mərkəzində;
Gəncə şəhəri üzrə 6 fevralda, Gəncə şəhəri Zərdabi küçəsi 58 ünvanında;
Şəki şəhəri üzrə 7 fevralda, Şəki şəhəri, Axundov adına kinoteatrda yerləşən Nakam adına kitabxanada;
Cəlilabad rayonu üzrə 13 fevralda Heydər Əliyev prospekti 195 a (Xəzər Marketin yanı) ünvanında;
Lənkəran şəhəri üzrə 20 fevralda Lənkəran şəhəri, Qala xiyabanı 30 ünvanında yerləşən Mərkəzi Univermağın arxasında yerləşən Resurs Biznes Mərkəzinin II mərtəbəsində;
Salyan rayonu üzrə isə 27 fevralda Heydər Əliyev küçəsi 107 a ünvanında olacaq.
Butun bölgə və şəhərlərdə qəbul saatı 10:00-dan etibarən başlanacaq.