Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. APA-nın məlumatına görə, iclasda oktyabrın 15-də keçiriləcək prezident seçkilərinə namizədliyini irəli sürmüş Fazil Qəzənfəroğlunun 50 vəkili, həmçinin, MSK-da səlahiyyətli nümayəndəsi təsdiq edilib.
İclasda seçkilərdə “exit-poll” keçirilən təşkilatların akkreditasiyası qaydaları müzakirə edilib. Qəbul olunan qaydaya görə “exit-poll”-u seçki sahəsində təcrübəsi olun, texniki bazaya malik hüquqi şəxslər keçirə bilərlər. “Exit-poll” keçirmək niyyətində olan təşkilatlar səsverməyə 20 gün qalana kimi MSK-ya müraciət etməlidir. İclasda bəzi Dairə Seçki Komissiyalarının tərkibində dəyişiklik edilib.