Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkisinin yekunu barədə qurumun protokolunu müzakirə edərək, səsvermənin nəticələrinin təsdiq edilib elan olunması üçün sənədləri Konstitusiya Məhkəməsinə göndərib. Bu haqda qərar Komissiyanın oktyabrın 19-da keçirilən iclasında qəbul edilib. MSK sədri Məzahir Pənahov deyib ki, 125 dairədən daxil olan 125 protokola əsasən, səsvermənin yekun nəticəsi aşağıdakı kimidir:
İlham Əliyev – 88,73%
İqbal Ağazadə – 2,86%
Fazil Mustafaev – 2,47%
Qüdrət Həsənquliyev – 2,28%
Qulamhüseyn Əlibəyli 2,23%
Fuad Əliyev – 0,78%
Hafiz Hacıyev – 0,65%
Cənab Pənahov cəmi 8 məntəqədə nəticələrin ləğv olunduğunu bildirib.
Seçki Məcəlləsinə müvafiq olaraq ən gec 10 gün müddətinə MSK seçkinin nəticələrinə yekun vuraraq, Konstitusiya Məhkəməsinə göndərməlidir.
Konstitusiya Məhkəməsi isə qanunvericiliyin tələbinə görə, səsvermədən sonra ən gec 14 gün müddətinə seçkinin nəticələrini elan etməlidir.
Azərbaycanda prezient seçkisi bu il oktyabrın 15-də keçirilib.