Mərkəzi Seçki Komissiyası oktyabrın 15-də keçirilən prezident seçkilərinin nəticələrini hesablamağı davam etdirir.
APA-nın məlumatına görə, hazırda ölkə üzrə yaradılmış 5359 seçki məntəqəsindən 3727 məntəqə yekun protokolları təqdim edib. Bu məntəqələrdən daxil olan protokollardakı hesablamalara əsasən, Yeni Azərbaycan Partiyasından prezidentliyə namizəd İlham Əliyev ümumi səslərin 89.04 faizini toplayıb.
Digər namizədlərdən İqbal Ağazadə 2,78 faiz, Fazil Qəzənfəroğlu 2,40 faiz, Qüdrət Həsənquliyev 2,22 faiz, Qulamhüseyn Əlibəyli 2,18 faiz, Fuad Əliyev 0,74 faiz və Hafiz Hacıyev 0,61 faiz səs toplayıb. Səslərin hesablanması davam edir.