MSK namizədlərə təbliğat-təşviqat materialları barədə məlumat vermələrini tövsiyə edib

Azər Tağıyev: «Namizədlər təbliğat materialları, plakatları barədə qanunamüvafiq olaraq MSK-ya məlumat verməlidirlər»

Mərkəzi Seçki Komissiyası (MSK) bu ilin oktyabrında keçiriləcək prezident seçkisində namizədlərin təbliğat-təşviqat materialları barədə quruma məlumat vermələrini və bu materialları quruma təqdim etmələrini tövsiyə edib. MSK-nın Mətbuat Qrupunun rəhbəri Azər Tağıyevin sözlərinə görə, namizədlər təbliğat materialları, plakatları barədə qanunamüvafiq olaraq MSK-ya məlumat verməlidirlər: «MSK da həmin materialların qanunauyğun olub- olmadığını araşdıracaq. Həmçinin, namizədlər öz materiallarını quruma ona görə təqdim etməlidirlər ki, başqaları onların adı ilə bağlı qanunsuz plakatlar hazırlayarsa, bunları ayırd etmək mümkün olsun».

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO