MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ İCLASI KEÇİRİLMİŞDİR

Martın 25-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilmişdir. MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ İCLASI KEÇİRİLMİŞDİR

MSK-nın mətbuat xidmətindən bildirmişlər ki, əvvəlcə Komissiyanın 2009-cu il martın 17-də keçirilmiş iclasının protokolu təsdiq edilmişdir. Sonra MSK üzvü Qabil Orucov 2009-cu il martın 18-də keçirilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılmasına dair məsələ barədə məlumat vermişdir.

O, qeyd etmişdir ki, referendumla əlaqədar “Respublikaçılar” və “Qarabağ və Respublika Uğrunda Hərəkat” referendum üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələri 2009-cu il martın 23-də Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyasına birgə müraciət edərək, səsvermə günü bəzi seçki (referendum) məntəqələrində qanun pozuntularının baş verməsini iddia etmiş, qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmiş və müraciət araşdırma üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada Mərkəzi Seçki (Referendum) Komissiyası nəzdində ekspert qrupunun üzvünə verilmişdir.

Ekspert qrupunun üzvü müraciətlə bağlı əlavə araşdırmanın tələb olunduğunu əsas gətirərək araşdırma müddətinin uzadılması barədə vəsatət qaldırmışdır. Eyni zamanda, araşdırma materiallarının bir hissəsi müvafiq dairə seçki (referendum) komissiyalarının səlahiyyətinə aid olduğundan, ekspert qrupunun üzvü həmin materialların aidiyyəti üzrə baxılması üçün müvafiq dairə seçki (referendum) komissiyalarına göndərilməsi barədə rəyə gəlmişdir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, qərara almışdır ki, müraciətin araşdırılması müddəti uzadılsın və araşdırma materiallarının bir hissəsi aidiyyəti üzrə baxılması üçün müvafiq dairə seçki (referendum) komissiyalarına göndərilsin.
İclasda cari məsələlərə də baxılmışdır.

Mərkəzi Seçki Komissiyasının iclasında ABŞ səfirliyinin, Beynəlxalq Respublikaçılar İnstitutunun, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

(AzərTAc)

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO