Bazar ertəsi Moskvanın Domodedovo aeroportrunda baş verən partlayış nəticəində 128 nəfər xəsarət alıb. Partlayış Domodedovo aeroportunun beynəlxalq terminalında saat 16:37-də baş verib. Ölənlərin sayının 35-ə çatdığı bildirilirdi. İlkin ehtimala görə, Domodedovo aeroportunda partlayışı intihar etməklə terrorçu törədib.
Terrorçu təyyarədən çıxan insan kütləsinin arasinda olub və üzərində olan 5 kq partlayıcı maddəni işə salıb.
Baş verən partlayışla bağlı Rusiya Cinayət Məcəlləsinin terror aktı maddəsi (205-ci) ilə cinayət işi başlanıb.
İlkin məlumata görə, partlayış nəticəsində ölən və yaralananlar arasında azərbaycanlı yoxdur.