Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Rusiya, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Sergey Lavrov, Elmar Məmmədyarov və Edvard Nalbandyan Moskvada işgüzar görüş keçiriblər.
Görüşün gündəliyinə bu il martın 5-də Soçidə üç tərəfli görüşün gedişində əldə edilmiş razılaşmalara uyğun olaraq Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə əlaqədar aktual məsələlər daxil edilib.
Qeyd edək ki, görüş mətbuatın iştirakı olmadan qapalı qapılar arxasında keçib.