Moskvada Ümumrusiya Azərbaycan Konqresinin III Qurultayı başlayıb

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Ümumrusiya Azərbaycan Konqresi Rəyasət Heyətinin “Ümumrusiya Azərbaycan Konqresinin III Qurultayının çağırılması barədə” qərarına uyğun olaraq keçirilən qurultaya Rusiya Federasiyasının 72 regionundan 130 nümayəndə seçilib.

Qurultayın işində Azərbaycan Respublikası və Rusiya Federasiyasının yüksək səviyyəli dövlət nümayəndələri, Rusiyada yaşayan tanınmış azərbaycanlı ziyalılar, alimlər, iş adamları, ictimai xadimlər və kütləvi informasiya vasitələrinin təmsilçiləri də iştirak edirlər. Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Prezident Administrasiyasının şöbə müdirləri Zeynal Nağdəliyev, Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Milli Məclisin deputatı, Azərbaycandakı rus icmasının rəhbəri Mixail Zabelin də tədbirə qatılanlar sırasındadır.

Qeyd edək ki, Ümumrusiya Azərbaycan Konqresi 2000-ci ildə təsis olunub. Fəaliyyət göstərdiyi müddət ərzində ÜAK Rusiyada yaşayan azərbaycanlıların təşkilatlanması, onların hüquq və azadlıqlarının müdafiəsi, xalqın zəngin mədəni irsinin təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına xidmət edən bir sıra uğurlu layihələr həyata keçirib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO