Miqrantlar üçün Rusiya paytaxtının Qolyanovo rayonunda qurulmuş çadır şəhərcik ləğv edilib. ANS PRESS Rusiya mətbuatına istinadən bildirir ki, polis orada saxlanılan miqrantların bir hissəsinin deportasiya edildiyini söyləyib.
Miqrantların qalan hissəsi Severnıy qəsəbəsindəki miqrant saxlama düşərgəsinə aparılıb. Bunun üçün mərkəzin həyətində bir neçə hərbi çadır qurulacaq. “Mərkəzin özündə 400 yer var və yerlər boşaldıqca miqrantlar çadırdan binaya keçiriləcək”,- deyə mərkəzdən bildiriblər.